Rəqəmsal Marketinq
Auditoriya və rəqib analizindən başlayıb kanal planı, reklam idarəetməsi və nəticə ölçməsi ilə tamamlanan bütöv rəqəmsal sistem.
Rəqəmsal Marketinq haqqındaXidmətlər
SocialLab 360° reklam və PR agentliyidir: strategiyadan kreativə, reklam idarəetməsindən nəticə hesabatına qədər. Xidmətlər ayrıca da götürülə bilər, lakin bir plan daxilində birləşdikdə daha sürətli nəticə verir.
Qısa bir brif görüşündə mövcud vəziyyəti nəzərdən keçirib hansı istiqamətdən başlamağın ən böyük fərqi yaradacağını birlikdə müəyyən edirik.
Strategiya və performans
Bu qrup büdcənin necə xərcləndiyi və nə gətirdiyi ilə məşğuldur. Strategiya, reklam idarəetməsi və ölçmə burada birləşir.
Auditoriya və rəqib analizindən başlayıb kanal planı, reklam idarəetməsi və nəticə ölçməsi ilə tamamlanan bütöv rəqəmsal sistem.
Rəqəmsal Marketinq haqqındaFacebook və Instagram reklamlarının qurulması, auditoriya hədəflənməsi, Pixel quraşdırılması, kreativ testləri və optimizasiya.
Meta Ads haqqındaAxtarış, Display, YouTube və Performance Max kampaniyalarının qurulması, açar söz strategiyası və konversiya izlənməsi.
Google Ads haqqındaKontent və kommunikasiya
Gündəlik görünürlük, etibar və auditoriya ilə ünsiyyət. Reklamın nəticəsi böyük ölçüdə bu işin keyfiyyətindən asılıdır.
Brend və məhsul
Brendin necə tanındığı, materialların necə göründüyü və rəqəmsal məhsulun necə işlədiyi.
Brend strategiyası, loqo dizaynı, vizual kimlik sistemi, tipoqrafiya, rəng sistemi və brend qaydaları (brand guidelines).
Brendinq haqqındaSosial media vizualları, reklam kreativləri, kampaniya materialları, təqdimat və korporativ çap dizaynı.
Dizayn haqqındaKorporativ saytlar və landing page-lər: UX/UI dizayn, sürətli və SEO-uyğun arxitektura, mobil optimizasiya, analitika.
Vebsayt haqqındaƏməkdaşlıq necə başlayır
Hansı xidməti seçdiyinizdən asılı olmayaraq başlanğıc ardıcıllığı eynidir. Məqsəd işin həcmini və gözləntiləri əvvəldən aydın etməkdir.
Biznesi, hədəfləri və mövcud kanalları müzakirə edirik. Bu görüşün məqsədi satmaq deyil, problemi düzgün adlandırmaqdır.
Mövcud hesablar, sayt və analitika nəzərdən keçirilir. Təklifdə hansı işlərin görüləcəyi, hansı göstəricilərin izlənəcəyi və hesabatın formatı yazılır.
Həcm, müddət və cavabdehlik sahələri müqavilədə dəqiqləşdirilir. Ölçmə sistemi qurulur, sonra icraya keçilir.
Plan → icra → optimizasiya → hesabat. Hər dövrün sonunda nəticə müzakirə olunur və növbəti dövrün planı dəyişir.
Sahə təcrübəsi
Aşağıdaki sahələrdə işlədiyimiz brendlər portfoliomuzda təqdim olunub. Sahəni tanımaq kampaniyanın yarısıdır.
Klinikalar, stomatologiya, estetik mərkəzlər və gözəllik salonları üçün həssas nişə uyğun reklam və kontent idarəetməsi.
Restoran, kafe və çatdırılma bizneslərində sifariş yaradan kampaniyalar, menyu kontenti və lokal hədəfləmə.
Supermarket, mağaza şəbəkələri və distribusiya bizneslərində kataloq kontenti, mövsümi kampaniyalar və satış dövrünün müşayiəti.
Lisey, tədris mərkəzi və kurslar üçün qeydiyyat sezonuna bağlı müraciət toplama kampaniyaları.
Otel və istirahət mərkəzləri üçün rezervasyon yönümlü reklam, vizual kontent və çoxdilli kommunikasiya.
Uzun satış dövrü olan xidmət və B2B bizneslərində lead generasiyası, korporativ kommunikasiya və məhsul kontenti.
FAQ
Bəli. Hər xidmət müstəqil olaraq da işlədilə bilər — bəzi müştərilər yalnız Google Ads idarəetməsi, bəziləri yalnız dizayn istehsalı üçün müraciət edir. Eyni zamanda təcrübəmiz göstərir ki, iki-üç istiqamət bir plan daxilində birləşdikdə nəticə daha sürətli gəlir, çünki kanallar bir-birinin nəticəsinə təsir edir.
Bu, mövcud vəziyyətdən asılıdır. Reklam verirsiniz, lakin nəticəni ölçə bilmirsinizsə — başlanğıc nöqtəsi rəqəmsal marketinq auditi və ölçmə sisteminin qurulmasıdır. Trafik var, konversiya yoxdursa — vebsayt tərəfinə baxmaq lazımdır. Brend tanınmırsa və materiallar dağınıqdırsa — brendinq prioritetdir. İlk görüşün məqsədi məhz bu ardıcıllığı müəyyən etməkdir.
Sabit qiymət cədvəli vermirik, çünki işin həcmi layihədən layihəyə ciddi dəyişir: kontent sayı, platformaların sayı, çəkiliş ehtiyacı, reklam hesablarının sayı. Brifdən sonra konkret həcmə uyğun təklif hazırlayırıq və bu təklifdə hansı işlərin görüləcəyi maddə-maddə yazılır. Reklam büdcəsi xidmət haqqından ayrıdır və birbaşa platformaya (Meta, Google) ödənilir.
SMM və reklam idarəetməsi kimi davamlı xidmətlərdə minimum üç aylıq dövr tövsiyə edirik. Bunun səbəbi texniki: reklam kampaniyalarının optimizasiyası üçün məlumat toplanması, sosial media işində isə nəticənin formalaşması vaxt tələb edir. Bir aylıq işdən sonra qiymətləndirmə aparmaq mümkün deyil. Vebsayt və brendinq kimi layihə tipli işlər isə layihə əsasında razılaşdırılır.
Kiçik və orta bizneslərdən böyük şirkətlərə qədər müxtəlif ölçülü brendlərlə işləyirik. Portfoliomuzda səhiyyə və estetika, restoran və kafe, pərakəndə ticarət, təhsil, turizm, həmçinin xidmət və B2B sahələrindən layihələr var. Sahə təcrübəsi əhəmiyyətlidir, çünki hər sahənin öz auditoriya davranışı və məhdudiyyətləri olur.
Reklam hesablarının, Business Manager-in və analitikanın sizin adınıza qurulmasını tövsiyə edirik və belə işləyirik. Bu, topladığınız auditoriya və konversiya məlumatlarının sizdə qalmasını, həmçinin nəticələri birbaşa platformadan yoxlaya bilmənizi təmin edir. Əməkdaşlıq bitdikdə səlahiyyətlərimiz geri alınır, hesab və məlumat tam şəkildə sizdə qalır.
Növbəti addım
Mövcud kanallarınıza baxıb ən böyük itkinin harada olduğunu göstərək. Bu söhbət heç bir öhdəlik yaratmır.
Və ya birbaşa zəng edin: +994 70 509 66 82