Ölçmə qurulmayıb
Pixel yoxdur, konversiya hadisələri təyin edilməyib, analitika səhv quraşdırılıb. Bu halda hesabatdaki rəqəmlər qərar verməyə yaramır.
Rəqəmsal marketinq
Bir çox biznesdə problem reklama az pul xərclənməsi deyil. Problem odur ki, sosial media, sayt və reklam bir-birindən ayrı qərarlarla idarə olunur. Biz strategiyadan hesabata qədər bütün mərhələni bir planda birləşdirir və hər kanalın digərini gücləndirməsini təmin edirik.
Qısaca
Rəqəmsal marketinq dedikdə çox vaxt “reklam vermək” başa düşülür. Praktikada isə bu, potensial müştərinin sizi tanımadığı andan ödəniş etdiyi ana qədər keçdiyi bütün yolun planlanması və ölçülməsidir. Bu yolda reklam yalnız bir mərhələdir.
Buna görə də işə kanal seçimindən başlamırıq. Əvvəlcə biznesin necə satdığını anlayırıq: satış dövrü nə qədər çəkir, qərarı kim verir, müştəri hansı sualla gəlir, hansı etirazla gedir. Bu cavablar olmadan hər kanal seçimi təxminə əsaslanır.
Nəticə etibarilə iş üç sual üzərində qurulur: hansı auditoriyaya çatmalıyıq, onu hansı mesajla inandıra bilərik və bunun işlədiyini nədən biləcəyik. Strategiya sənədi bu üç sualın yazılı cavabıdır.
Xərc var, müraciət var, ancaq hansı kanalın işlədiyi bilinmir. İlk iş ölçmə sistemini qurmaqdır.
SMM bir tərəfdən, sayt digər tərəfdən, reklam üçüncü tərəfdən — vahid mesaj yoxdur.
Büdcəni artırmaq özü strategiya deyil. Əvvəlcə hansı mərhələdə itki olduğunu tapmaq lazımdır.
Sıfırdan başlayan layihələrdə düzgün ardıcıllıq büdcəni ciddi şəkildə qoruyur.
Həll etdiyimiz problemlər
Aşağıdaki vəziyyətlər müxtəlif sahələrdə, müxtəlif ölçülü bizneslərdə təkrarlanır. Hər birinin həlli fərqli işdən başlayır.
Pixel yoxdur, konversiya hadisələri təyin edilməyib, analitika səhv quraşdırılıb. Bu halda hesabatdaki rəqəmlər qərar verməyə yaramır.
Reklam “hər kəsə” göstərilir, nəticədə çatım yüksək, müraciət keyfiyyəti aşağı olur. Büdcə maraqlı olmayan auditoriyaya xərclənir.
Reklam işləyir, lakin sayt və ya profil gələn adamı müştəriyə çevirə bilmir. Problem reklamda deyil, çatdığı səhifədədir.
Remarketing qurulmadıqda saytı ziyarət etmiş, ancaq qərar verməmiş auditoriya itirilir — halbuki bu, ən ucuz konversiya mənbəyidir.
Reklam bir vəd verir, profil və sayt başqa mesaj daşıyır. Uyğunsuzluq etibarı azaldır və qərarı ləngidir.
Hesabatda göstərici çoxdur, nəticə yoxdur. Nə işlədiyi, nə dayandırılmalı olduğu və növbəti addımın nə olduğu yazılmır.
Yanaşma və proses
Ardıcıllıq sabitdir, çünki mərhələləri atlamaq sonrakı işi təxminə çevirir. Hər mərhələnin sonunda əlinizdə konkret bir sənəd və ya qurulmuş sistem olur.
Layihənin həcminə görə birinci üç mərhələ adətən 2–4 həftə çəkir.
Məhsul, qiymət mövqeyi, satış dövrü, mövsümilik və mövcud müştəri profili müzakirə olunur. “Daha çox satış” ifadəsi ölçülə bilən hədəfə çevrilir.
Reklam hesabları, sosial media, sayt, analitika və keçmiş kampaniyalar yoxlanılır. Məqsəd nəyin işlədiyini və büdcənin harada itdiyini tapmaqdır.
Rəqiblərin hansı kanalda, hansı mesajla göründüyü araşdırılır. Auditoriya seqmentlərə bölünür və hər seqment üçün əsas motivasiya və etiraz müəyyən edilir.
Kanal seçimi, mesaj xətti, kreativ istiqamət, büdcə bölgüsü və ölçmə göstəriciləri bir sənəddə birləşir. Razılaşma bu sənəd üzərində olur.
Pixel, konversiya hadisələri və analitika qurulur; kampaniyalar və kontent işə düşür. Ölçmə hazır olmadan reklam başlamır.
Kreativ və auditoriya variantları test edilir, zəif istiqamətlər dayandırılır. Aylıq hesabatda nəticə və növbəti dövrün planı yazılır.
Təslim edilənlər
Hər maddə konkret bir fayl, qurulmuş sistem və ya davamlı iş rejimidir — şifahi vəd deyil.
Auditoriya seqmentləri, kanal planı, mesaj xətti, büdcə bölgüsü və ölçmə göstəricilərini əhatə edən yazılı sənəd.
Mövcud kanalların vəziyyəti, texniki problemlər və rəqiblərin mövqeyi barədə tapıntılar və prioritetləşdirilmiş tövsiyələr.
Meta Ads və Google Ads hesablarında struktur, auditoriyalar, kreativlər və davamlı optimizasiya.
Pixel, konversiya hadisələri və analitika quraşdırılması — hansı reklamın hansı nəticəni gətirdiyini görmək üçün.
Kanallara uyğun kontent planı və reklam kreativləri; testlərin nəticəsinə görə yenilənən variantlar.
Göstəricilər, izahı, nəyin dəyişdiyi və növbəti ayın planı. Hesabat canlı müzakirə ilə müşayiət olunur.
Ətraflı
Aşağıdaki bölmələr bu xidmətin necə işlədiyini praktik səviyyədə izah edir — həm bizimlə işləyəcəksinizsə, həm də daxili komanda ilə davam edəcəksinizsə faydalıdır.
Rəqəmsal marketinq — biznesin rəqəmsal kanallar vasitəsilə auditoriyasına çatması, onunla əlaqə qurması və bu əlaqəni satışa çevirməsi üzrə görülən işlərin məcmusudur. Buraya axtarış sistemləri, sosial şəbəkələr, vebsayt, e-poçt, mesajlaşma platformaları və rəqəmsal reklam daxildir.
Ənənəvi reklamdan əsas fərqi ölçülə bilməsidir. Televiziya və ya bilbord reklamında nə qədər adamın gördüyünü təxmin edirsiniz. Rəqəmsal kanalda isə reklamın kimə göstərildiyini, kimin klikləndiyini, kimin sayta keçdiyini və kimin müraciət etdiyini görürsünüz. Bu, büdcənin daha dəqiq idarə olunmasına imkan verir.
İkinci fərq isə istiqamətin dəyişdirilə bilməsidir. Çap olunmuş kataloqu geri qaytarmaq mümkün deyil, lakin işləməyən reklam kampaniyasını bir gün ərzində dayandırıb büdcəni işləyən istiqamətə keçirmək mümkündür.
Kanalları bir-birinin alternativi kimi deyil, müştəri yolunun müxtəlif mərhələlərinə xidmət edən vasitələr kimi görmək lazımdır. Aşağıdaki cədvəl hər kanalın hansı mərhələdə daha güclü olduğunu göstərir.
| Kanal | Əsas funksiyası | Hansı mərhələdə güclüdür |
|---|---|---|
| Sosial media (SMM) | Brend tanınması, etibar, davamlı əlaqə | Tanışlıq və maraq mərhələsi |
| Meta Ads | Geniş auditoriyaya çatım, tələb yaratmaq | Tanışlıq, maraq və remarketing |
| Google Ads | Mövcud tələbi tutmaq | Qərar mərhələsi — axtarış anı |
| SEO və orqanik axtarış | Uzunmüddətli, ödənişsiz görünürlük | Bütün mərhələlər, lakin gec nəticə |
| Vebsayt | Marağı müraciətə çevirmək | Qərar və konversiya mərhələsi |
| Remarketing | Qərar verməmiş auditoriyanı qaytarmaq | Qərar mərhələsi |
Praktik nəticə budur: Google Ads mövcud tələbi tutur, Meta Ads isə tələb yaradır. Əgər insanlar məhsulunuzu axtarmırsa, yalnız axtarış reklamı ilə böyümək mümkün deyil. Əksinə, insanlar aktiv axtarırsa və siz yalnız sosial mediada varsınızsa, hazır müştərini rəqibə verirsiniz.
Strategiya təqdimat faylı deyil — sonrakı bütün qərarların ölçüsüdür. Hazırlanma ardıcıllığı belədir:
Praktik tövsiyə
Strategiyanı büdcə ayırmadan əvvəl yazın. Ən çox itirilən pul, planı olmayan ilk iki ayın reklam xərcidir. Test etmək lazımdır, lakin testin nəyi yoxladığı əvvəlcədən müəyyən olmalıdır.
Rəqib analizinin məqsədi rəqibi kopyalamaq deyil — bazarda hansı mövqelərin tutulduğunu və hansının boş qaldığını görməkdir. Baxdığımız əsas nöqtələr:
Bu analizin ən dəyərli çıxışı adətən “boş mövqe”dir: rəqiblərin heç birinin sahiblənmədiyi, lakin auditoriya üçün əhəmiyyətli olan bir vəd. Azərbaycan bazarında bu boşluqlar çox vaxt xidmət keyfiyyəti, çatdırılma sürəti və satış sonrası dəstək ətrafında olur.
Performans marketinqi qısa müddətdə ölçülə bilən nəticəyə — müraciətə, sifarişə, satışa — fokuslanır. Brend işi isə auditoriyanın sizi tanıması və etibar etməsi üzərində çalışır və nəticəsi gec görünür.
Bu ikisi bir-birinə rəqib deyil. Yalnız performansa fokuslanan bizneslər bir müddət sonra hiss edirlər ki, hər yeni müştəri daha bahalı gəlir — çünki brend tanınmadıqda reklam hər dəfə sıfırdan inandırmalı olur. Əksinə, yalnız brend işi görən bizneslər isə satışın nə vaxt gələcəyini bilmirlər.
Praktikada büdcənin böyük hissəsini ölçülə bilən performans işinə, müəyyən hissəsini isə davamlı brend görünürlüyünə ayırmaq daha sağlam nəticə verir. Nisbət satış dövrünün uzunluğundan asılıdır: satış dövrü uzun olan B2B və səhiyyə kimi sahələrdə brend işinin payı artır.
Reklamın vəzifəsi adamı gətirməkdir. Onu müştəriyə çevirmək isə çatdığı səhifənin işidir. Əgər səhifə zəifdirsə, reklam büdcəsini artırmaq itkini də artırır.
Konversiyanı ən çox azaldan tipik səbəblər:
Bu səbəbdən reklam kampaniyasına başlamazdan əvvəl konversiya yolunu yoxlayırıq. Çox vaxt saytda edilən kiçik dəyişikliklər reklam büdcəsini artırmaqdan daha böyük fərq yaradır. Bu istiqamətdə vebsayt hazırlanması xidmətimiz rəqəmsal marketinq işi ilə birbaşa əlaqələndirilir.
Saytınıza daxil olan ziyarətçilərin böyük hissəsi ilk baxışda qərar vermir. Bu normaldır — insanlar müqayisə edir, düşünür, sonra qayıdır. Remarketing bu auditoriyaya təkrar müraciət etməyə imkan verir.
Remarketing auditoriyası sizi artıq tanıdığı üçün konversiya dəyəri adətən yeni auditoriyadan xeyli aşağı olur. Praktik qurulma variantları:
Remarketingin işləməsi üçün ilk şərt izləmənin düzgün qurulmasıdır. Pixel və konversiya hadisələri olmadan bu auditoriyalar formalaşmır — ona görə ölçmə quraşdırılması işin birinci addımıdır.
Hesabatın vəzifəsi rəqəm göstərmək deyil, qərar verməyə imkan yaratmaqdır. Aylıq hesabatda cavablandırdığımız suallar:
Sonuncu sual əhəmiyyətlidir: hər dövr bir neçə konkret fərziyyə ilə başlayır. Belə olmayanda optimizasiya təsadüfi dəyişikliklər toplusuna çevrilir və nəticənin niyə dəyişdiyi bilinmir.
Vacib şərt
Reklam hesablarının sizin adınıza açılmasını tövsiyə edirik. Bu, topladığınız auditoriya və konversiya məlumatlarının sizdə qalmasını, həmçinin nəticələri birbaşa platformadan yoxlaya bilmənizi təmin edir.
Real gözləntilər layihənin sağlam idarə olunması üçün vacibdir. Təcrübədə müddətlər belə formalaşır:
Bu müddətlər zəmanət deyil — bazar, rəqabət, məhsul və büdcə hər layihədə fərqlidir. Lakin işin başında hansı mərhələdə nəyi gözləmək lazım olduğunu açıq şəkildə deyirik ki, qərarlar tələsik verilməsin.
FAQ
Strategiya hazırlanması, audit və rəqib analizi, kanal planı, reklam kampaniyalarının qurulması və idarə olunması (Meta Ads, Google Ads), kontent və kreativ istiqamətin müəyyən edilməsi, remarketing, konversiya optimizasiyası, analitika quraşdırılması və aylıq hesabatlıq. Layihənin ehtiyacına görə bu maddələrin bir hissəsi ilə də başlamaq mümkündür.
Universal rəqəm yoxdur, çünki bu, sahədən, rəqabətdən və hədəf auditoriyanın ölçüsündən asılıdır. Praktik yanaşma budur: büdcə bir ay ərzində statistik olaraq mənalı sayda konversiya toplamağa imkan verməlidir. Əgər büdcə ayda yalnız bir-iki müraciət gətirirsə, optimizasiya üçün məlumat yetərli olmur. Brifdən sonra sizin sahəniz üçün real aralığı deyirik. Reklam büdcəsi xidmət haqqından ayrıdır və birbaşa platformaya ödənilir.
Google Ads ödənişli reklamdır: büdcə ayırdığınız müddətdə axtarış nəticələrində görünürsünüz, nəticə bir neçə gün ərzində başlayır və büdcə bitdikdə görünürlük dayanır. SEO isə saytın orqanik nəticələrdə yüksəlməsi üzərində işdir: nəticə adətən aylarla ölçülür, lakin qazanılan mövqe daha davamlıdır. Ən sağlam variant ikisini birləşdirməkdir — Google Ads qısa müddətdə tələbi tutur, SEO uzunmüddətli bazanı qurur.
Bu, insanların məhsulunuzu axtarıb-axtarmamasından asılıdır. Əgər aktiv axtarış var (məsələn “diş implantı qiyməti”, “rent a car Bakı”), Google Ads mövcud tələbi tutmaq üçün güclüdür. Əgər məhsul yenidir və ya qərar emosional verilir (restoran, gözəllik, geyim), Meta Ads tələb yaratmaq üçün daha effektivdir. Bir çox biznesdə ikisi birlikdə işlədilir və rolları fərqlidir.
Bəli. Bəzi layihələrdə bütün işi biz aparırıq, bəzilərində isə daxili komandaya strategiya, ölçmə sistemi və reklam idarəetməsi istiqamətində dəstək veririk. İş bölgüsü işin başında yazılı şəkildə müəyyən edilir ki, cavabdehlik sahələri qarışmasın.
Standart rejim aylıq hesabatdır: göstəricilər, onların izahı, nəyin işlədiyi və növbəti dövrün planı. Hesabat sənədlə birlikdə canlı müzakirə şəklində təqdim olunur. Aktiv kampaniya dövrlərində həftəlik qısa yenilənmə də təşkil edirik. Bundan əlavə, reklam hesabları sizin adınıza olduğu üçün göstəriciləri istənilən vaxt birbaşa platformadan yoxlaya bilərsiniz.
Əlaqəli xidmətlər
Rəqəmsal marketinq strategiyası aşağıdaki istiqamətlərlə birlikdə icra olunur. Hər biri ayrıca da götürülə bilər.
Növbəti addım
Reklam hesablarınıza, saytınıza və analitikanıza baxıb hansı istiqamətdə büdcə itkisi olduğunu göstərək. Bu söhbət heç bir öhdəlik yaratmır.
Və ya birbaşa zəng edin: +994 70 509 66 82